"Akvarium" rok qrupunu rəhbəri Boris Qrebenşikovun Nitsadakı konserti ləğv edilib.
Bu barədə tədbirin təşkilatçıları konsertin başlamasına bir neçə saat qalmış məlumat yayıblar.
Buna səbəb isə 70 yaşlı sənətçinin səhhətində yaranan problem olub. Onun pərəstişkarlarına ifaçının infarkt keçirdiyini və xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Musiqiçinin nümayəndələri isə hələlik bununla bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, Boris Qrebenşikov Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib. (Axşam.az)