AZ

Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Milli Musiqi Günüqeyd edilib. Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçiriləntədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı,Tbilisi konservatoriyanın rektoru, müəllim və tələbə heyəti, eləcədə AGM-nin üzvləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, rektorQeorqi Vaçinkadze çıxışında Azərbaycan ilə Gürcüstan arasındakımədəni əlaqələrdən danışıb, 6 görkəmli Azərbaycan bəstəkarınınəsərlərinin notlarından ibarət kitabların Konservatoriyaya təqdimolunmasına görə təşəkkür edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı RamizHacızadə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat vəyaradıcılığı barədə məlumat verib. O, Üzeyir Hacıbəylinin doğumgününün və Milli Musiqi Gününün Tbilisidə qeyd edilməsinitəqdirəlayiq hadisə adlandırıb, eyni zamanda, ölkələrimizarasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksəksəviyyədə olduğunu bildirib.

Daha sonra Mərkəzin sədri Leyla Əmrahova və digər iştirakçılarçıxış edərək Ü.Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanınmədəniyyət və incəsənət xadimlərinin onun haqqında dediklərifikirlər, eləcə də Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilərbarədə danışıblar.

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeniinkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqlayanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqilikomediya və bir sıra digər janrların ilk nümunələrinin yaradıcısıkimi tanınır. Onun işıqlı xatirəsi xalqımızın qəlbində daimyaşayacaq”,- deyə Mərkəzin icraçı direktoru Rəna Hüseynova qeydedib.

Sonra Mərkəzin tələbələri Mahirə Durmuşova "Çırpınırdı Qaradəniz" və "Ay Laçın", Ramin Pirməmmədov isə tarda "Ayrılıq" və"Bakı gecələri" mahnılarını ifa ediblər.

Tbilisidə
Tbilisidə
Tbilisidə
Tbilisidə
Tbilisidə
Seçilən
20
4
az.trend.az

5Mənbələr