AZ

İsrail “Hizbullah”ın daha bir liderini zərərsizləşdirdi


İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində “Hizbullah”ın xüsusi əməliyyat komandiri İbrahim Aqil öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
Hərəkatın rəhbərliyi də məlumatı təsdiqləyib.
“Hərbi lider İbrahim Aqil Qüds uğrunda gedən döyüşdə şəhid olduğunu təsdiq edirik”, - deyə hərəkatın yaydığı bəyanatda qeyd  edilib.
Digər tərəfdən, sentyabrın 20-də İsrail ordusu Beyrutda “Hizbullah”ın xüsusi əməliyyatlar komandanlığının rəhbəri İbrahim Aqili öldürdüyünü elan edib .
AFP-dəki mənbənin sözlərinə görə, o, “Hizbullah” ordusunda iyul ayında İsrailin hücumu zamanı öldürülən Fuad Şükrdən sonra ikinci ən nüfuzlu şəxs olub.
Məlumata görə, hərbi liderlə birlikdə “Hizbullah” ordusunun elit “Radvan” bölməsinin ən azı altı komandiri öldürülüb. Onların hamısı Aqillə birlikdə əməliyyat qərargahının iclasında iştirak edib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb, 66 nəfər yaralanıb.
Digər tərəfdən, ABŞ mənbələrindən verilən məlumata görə, Aqil 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyinin partladılmasının təşkilatçılarından biri olub.
Seçilən
33
15
yeniavaz.com

10Mənbələr