AZ

Xankəndidə 4 nömrəli məktəb 23 sentyabrda tədrisə başlayacaq - Anar Məcidov (FOTO)

Xankəndi. Trend:

Xankəndidə 4 nömrəli məktəb tədrisə 23 sentyabr tarixindəbaşlayacaq.

Bunu Trend-ə Qarabağ Regional Təhsil İdarəsininmüdiri vəzifəsini icra edən Anar Məcidov bildirib.

O qeyd edib ki, 624 şagird yerlik tam orta məktəbin əsaslıtəmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayındabaşlanılıb.

"Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiyalaboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAMotağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idmanzalları, həmçinin yeməkxana yaradılıb. Hazırda 296 şagird rəsmiqeydiyyatdan keçib, Eyni zamanda 57 şagird isə gözləmədədir.Elektron system yaxın günlərdə açılacaq və həmin şagirdlər rəsmiqeydiyyatdan keçəcək. Məktəbin direktoru müəyyənləşib vərəsmiləşib. Həmçinin müəllim kollektivi də təsdilənib. Seçilənmüəllimlər qiymətləndirmədə yüksək nəticə göstərən şəxslərdir.

Bununla yanaşı, Xankəndi ilə bərabər Kərkicahan qəsəbəsində uşaqbağçası və 1 nömrəli tam orta məktəb hazır vəziyyətə gətirilib vəyaxın zamanda açılışı gözlənilir", - deyə o bildirib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
az.trend.az

3Mənbələr