AZ

Fərid Səfərlinin İrandakı vəkili ittihamlara cavab verdi: "8 aydır həbsdəyəm, məndən Fəridi..." - ŞOK MƏKTUB

İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anasının irəli sürdüyü ittihamlara vəkildən cavab gəlib. 
 
 Yada salaq ki, bir neçə gün öncə Musavat.com-da yayımlanan, "Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı: “Vəkil bizdən 5 min avro aldı, özü isə...” başlıqlı yazıda Fərid Səfərlinin anası Dilarə Əsgərova qeyd edib ki, vəkil Tahir Nəqəvi onlardan aldığı pulun müqabilində işini lazımi şəkildə yerinə yetirməyib. 
 
Vəkil Tahir Nəqəvi Musavat.com-a məktub ünvanlayaraq  bu ittihamları qəbul etməyidini bildirib.  Məktubun mətnini təqdim edirik:
 
"Mən, Tahir Nəqəvi, Fərid Səfərlinin məhkəmə işinin ilkin və apellyasiya mərhələlərinin vəkil idim və  vəzifələrimi tam məsuliyyətlə yerinə yetirdim. İstər məhkəməyə müraciət edib sənədləri oxuyub araşdırmaq, istərsə yazılı və sözlü müdafiə mərələrini tamamlamaq kimi bütün öhdəliklərimi ən yaxşı şəkildə icra etdim. Bu iş üçün yüzlərlə kilometr yol qət edərək, səkkiz dəfə Qum şəhərində məhkəməyə getdim və iki dəfə də Fərid Səfərlini şəxsi görüşdə ziyarət etdim. Həmin dövrdə gündə bir neçə dəfə Fərid  və anasının telefon əlaqələrinə cavab verirdim (mübaliğəsiz gündə bir neçə dəfə). İki dəfə də kitabları təhvil vermək üçün zindana müraciət etdim, amma zindan rəhbərliyi kitabları qəbul etmədi.
 
WhatsApp Image 2024-09-21 at 11.50.25.jpeg (52 KB)
 
Nəhayət, mənim müdafiəmlə Fərid Səfərlinin ittihamı "casusluq"dan "casusluğa cəhd"ə endirildi və onun həbs qərarı girovla (vəsiqə) əvəz olundu, lakin o və ailəsi girovu (vəsiqə) təqdim etməkdən imtina etdilər. Bu mərhələlərin hamısı məhkəmə sənədlərində qeyd olunub və sübutları mövcuddur. Hüquq cəmiyyətinin üzvlərinə aydındır ki, belə bir işdə bu addımları atmaq nə qədər çətin və yorucudur.
 
Fəridin anasının (Dilarə xanım) o vaxt dediyinə görə, digər vəkillər telefonla məsləhət vermək üçün 5000 dollar, vəkilliyi qəbul etmək üçün isə 30.000 dollar tələb edirdilər. Halbuki mənim Fərid Səfərlinin işi üçün aldığım ümumi məbləğ 5000 dollardan az olub.
 
Mən artıq 8 aydır ki, həbsdə saxlanılıram və dəfələrlə sorğuya çəkildiyim məsələlərdən biri Fərid Səfərlinin işini qəbul etməyim olub. Mənə verilən ittiham (dövlətə qarşı təbliğat və sövdələşmə) Fəridə verilən ittihamdan (casusluq) xeyli yüngüldür. Üç vəkil də mənim işim üzərində işləyirdi, amma həbsimi girovla əvəz edə bilmədik. İndi mən vəkillərimə hücum edib, onların zəhmətini heçə saymalıyam?
 
Fikrimcə, Fərid Səfərlinin anası bir ana olaraq öz oğluna kömək etmək məqsədilə əlindən gələni edir və bu dəfə bir siyasi məhbus kimi məni ləkələməyi seçib. Hərçənd bu hərəkət təqdirəlayiq deyil, amma bir insan olaraq onu anlayıram və ümid edirəm ki, oğlu tezliklə azadlığa çıxar".
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
moderator.az

5Mənbələr