AZ

Rusiya və İran arasında Zəngəzur “razılaşması” – “Ukrayna müharibəsi indi Kreml üçün daha önəmlidir...”

Zəngəzur dəhlizi ilə bağlı İran və Rusiya arasındakı fikir ayrılığı iki ölkənin münasibətlərində müəyyən soyuqluq yaratsa da, deyəsən, həll ediblər. Belə ki, 17 sentyabrda Sergey Şoyqunun Tehrana qısa müddətdə ikinci səfəri baş tutdu. Mətbuatda yayılan xəbərlərə görə Şoyqu dəhlizlə bağlı İranın məlum mövqeyi ilə razı olduqlarını ifadə edib. Bu isə o deməkdir ki, Moskva dəhliz məsələsində israr etməyəcək.

Qeyd edək ki, Qərbdə “erməni kartından” regionda gərginliyi saxlamaq istifadə edən, Türk dövlətləri arasında quru əlaqəsinin yaranmasına imkan vermək istəməyən ölkələr də Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Belə anlaşılır ki, Rusiya da bu məsələdə Qərblə eyni mövqedən çıxış edəcək?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Qərb, Rusiyanın bölgədə təsirini azaltmağa çalışır. Ancaq bu heç də Zəngəzur dəhlizinin açılmayacağı demək deyil.

Onun sözlərinə görə, Paşinyan “İran ərazisindən keçən yolda hansı şərtləri irəli sürürsə, biz də suveren ərazimizdə eyni şərtləri təklif edirik” deməsi, perspektivdə Rusiyanın nəzarəti olmadan yolun istifadəyə veriləc biləcəyinə işarə idi.

İ.İsmayıl qeyd edir ki, İranın Rusiyaya “Şahed” dronları verməsi və Ukrayna müharibəsində geniş istifadə olunduğu faktdır: “Eyni zamanda İran istehsalı olan kiçik məsafəli 220 ədəd “Fateh-360” ballistik raketlərin Xəzər dənizi üzərindən Rusiyaya verilməsi də həqiqətdir və raketlərin nəqlinin Amerika sputnikləri tərəfindən qeyd edildiyini “The Wall Street Journal” nəşri bildirmişdi. Amma İranın yeni prezidenti Pezeşkian raketlərin Rusiyaya verilməsində öz iştirakını tamamilə inkar edir və bildirir ki, bu qərar onun vəzifəsinin icrasından əvvəl qəbul olunub. Pezeşkianın Qərblə, konkret olaraq ABŞ ilə diplomatik əlaqələrin yaxşılaşdırılması, beynəlxalq sanksiyaların ən azı yumşaldılması ilə bağlı siyasi xəttinin olduğu gizli deyil. Hələ ilk mətbuat konfranslarında İranın yeni prezidenti gözlənilmədən “biz Amerika xalqı ilə qardaşıq” deməsi təsadüfi deyil. Yeri gəlmişkən, Rusiya ilə münasibətlərə toxunanda, Pezeşkian yalnız “biz dostuq” kəlməsini işlətdi. Zəngəzur yoluna münasibətlə İran həm bölgədəki marağını qorumuş olur, həm də Rusiya ilə hərbi münasibətləri minimuma endirməklə Qərblə münasibətləri yumşaltmağa çalışır.

Beləliklə, beynəlxalq siyasi şərhçilərdən birinin söylədiyi kimi “Rusiya-İran-Çin- Şimali Koreya “şər bucağında” az da olsa qırılma yaranır”. Rusiya Ukraynada müharibəni davam etdirdikcə yalnız “şər bucağı” ölkələri ilə deyil, hətta Qərblə xüsusi yaxınlığı olmayan dövlətlərlə də qırılma həddindədir, çünki Kreml ideoloqları bütün dünyanı nüvə silahı ilə təhdid edir. Guya Ukraynanı “xüsusi hərbi əməliyyatla” “denazifikasiya”, “demilitarizasiya” edib bitirmiş Rusiyanın növbəti hədəfi Amerika Birləşmiş Ştatlarının "denazifikasiyası" və "demilitarizasiyası" olacaq. Putinin texnoloqlarının ideyasına görə nüvə silahları amerikalılardan alınmalı və Amerika dövləti iki yeni "super güc" - Rusiya və Çinin nəzarətinə verilməlidir. Bu ideya sıradan bir mediada deyil, RİA-Novosti dövlət agentliyinin saytında, Kreml üçün fəal işləyən tanınmış rus ideoloqu Timofey Sergeytsevin proqram materialında öz əksini tapıb”.

Seçilən
36
50
azpolitika.info

10Mənbələr