İranın xarici işlər naziri ölkəsinin Rusiyaya ballistik raketlər verməsi ilə bağlı iddiaları təkzib edib.
Sfera.az BAKU.WS-ə istinadən xəbər verir ki, nazir öz hesabındakı paylaşımında məsələ ilə bağlı açıqlama verib.
Əraqçı "Daha əvvəl də qeyd etdiyim kimi, biz Rusiyaya ballistik raketi biz vermədik" deyib.
Əraqçı bildirib ki, İranın Rusiya ilə hərbi əməkdaşlığı səbəbindən bəzi Avropa ölkələri bu barədə iddia edirlər.
Hətta iddia edən ölkələrdən birinin də İsrail olduğunu qeyd edib.