AZ

Qazaxıstanda həbsxanada məhbuslar iğtişaş törədib

Qazaxıstanın cənubundakı Türküstan bölgəsində məhbuslar iğtişaş törədib."DogruXeber.az" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin cinayət-icra sistemi komitəsinin mətbuat xidməti məlumat yayıb. Komitə izah edib ki, məhkumlardan bəziləri “saxlanma rejimi ilə razılaşmadıqları üçün itaətsizlik nümayiş etdiriblər”. Müəssisədə komitənin sədri, rəhbərliyi, yerli cəza sistemi idarəsinin (CİS) və Milli Qvardiyanın şəxsi heyəti, habelə nəzarət orqanları yerləşir.Son məlumatlara görə, vəziyyət stabilləşib. Lakin iğtişaş zamanı Milli Qvardiyanın iki hərbçisi və bir polis əməkdaşı yüngül bədən xəsarətləri alıb və onlara tibbi yardım göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
dogruxeber.az

10Mənbələr