Ekoloji aksiyalar zamanı 110 tondan çox tullantı təmizlənib...
Poliqon xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova "Xəzəri qoruyaq" şüarı ilə keçirilən Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunmuş ekoloji aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün sonuncu kütləvi təmizlik aksiyası keçirilir: "Bu günə qədər aksiyada yüzlərlə insan iştirak edib. Sevindirici haldır ki, gənclər ətraf mühitin mühafizəsinə diqqətlə yanaşırlar. Onlar ilboyu müxtəlif ekoloji aksiyalarda fəal iştirak ediblər. Təmizlik aksiyalarına mövsümün əvvəlindən start verilib. Aksiya meşə ərazilərini, dəniz sahillərini, yolların ətrafını, demək olar ki, bütün ictimai yerləri əhatə edib. Məqsəd insanları tullantıları lazım olan yerlərə atmağa sövq etməkdir. Aksiyalar müddətində 110 tondan çox tullantı təmizlənib. Tədbirlər ilin müxtəlif vaxtlarında da davam etdirilir".
Poliqon.info