AZ

"Fənərbağça" əbədi rəqibi "Qalatasaray"a qarşı - Türkiyə Super Liqası

Türkiyə Super Liqasında bu gün "Fənərbağça" klubu doğma meydanda əbədi rəqibi "Qalatasaray" ilə üz-üzə gələcək.

Redaktor.az xəbər verir ki, ölkə çempionatının VI turunda keçiriləcək görüşü Atilla Karaoğlan idarə edəcək.

"Ülker" stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq İstanbul derbisi komandalar arasında 135-ci olacaq. İndiyə qədər keçirilən görüşlərin 53-də "Fənərbağça", 37-də isə "Qalatasaray" qələbə qazanıb. Qalan 44 oyunda heç-heçə qeydə alınıb. Komandaların aralarındakı son 10 matçda "Qalatasaray" 5, "Fənərbağça" 3 qələbə qazanıb. Digər iki oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

"Fənərbağça" klubu ölkə çempionatları tarixində "Qalatasaray"ı ən çox məğlub edən (53) və bu rəqibə ən çox qol vuran (163) kollektivdir.

"Qalatasaray" Okan Burukun rəhbərliyi altında "Fənərbağça"ya qarşı keçirdiyi son 4 oyunda cəmi bir dəfə məğlub olub (19 may 2024-cü il, 0:1).

Qeyd edək ki, "Qalatasaray" hazırda 15 xalla turnir cədvəlinə rəhbərlik edir. Joze Mourinyonun baş məşqçisi olduğu "Fənərbağça" isə 13 xalla ikinci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
9
redaktor.az

10Mənbələr