Aktrisa Ülviyyə Xalinbəyova “Yalı çapkını” serialında rol almasına ilk dəfə münasibət bildirib.
OLAY yazır ki, sözügedən ekran işinin ötən axşam yayımlanan bölümümdə epizodik rolda çıxış edən sənətçi instaqram səhifəsindən bununla bağlı paylaşım edib.
“Bu barədə heç bir paylaşım etmədiyimin şahidisiniz. Sıfırdan başlamaq da bir şeydir. Açıqlama vermirəm. Sadəcə bilin ki, uğurlarımı mütləq çox yaxında paylaşacağam” – deyə Xəlinbəyova vurğulayıb.
Qeyd edək ki, “Yalı çapkını” serialında Ülviyyə Xəlinbəyova, Sunayla Abidinin toy səhnəsində Feritin arxasında ekranda görünüb.