AZ

Ruslan Jaksılkov: Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri müştərək hərəkət etməyə hazırdırlar.
ARANTV.AZ  xəbər verir ki, bunu Qazaxıstan müdafiə naziri Ruslan Jaksılkov ölkəsində Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi barədə danışarkən deyib. O söyləyib ki, təlimlər bunu bir daha göstərdi: “Ortaq əməliyyat nəticəsində gördük ki, adı çəkilən ölkələrin hərbi birləşmələri birgə hərəkət edə bilərlər”. Nazir, həmçinin qeyd edib ki, xüsusilə terror təhdidinə qarşı birgə səylər daha da gücləndirilir.
Qeyd edək ki, “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi sentyabrın 12-də başlayıb və on gün davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
15
arantv.az

10Mənbələr