AZ

Honkonqda streptokokk infeksiyası partlayışı zamanı yoluxanların sayı kəskin artıb

Honkonqda insanlar üçün ölümcül olan B qrupu streptokokların (Streptococcus agalactiae) səbəb olduğu infeksiya partlayışı nəticəsində yoluxanların sayı 70-ə çatıb.

Oxu.Az-ın şəhərin Səhiyyə Departamentinin nəzdindəki Sağlamlığın Qorunması Mərkəzinə istinadən verdiyi məlumata görə, üç xəstə vəfat edib.

Beş gün ərzində 36-95 yaş arası insanlarda 30 yeni xəstəlik halı qeydə alınıb. Xəstələrin əksəriyyətində sepsis və oynaq absesi müşahidə olunur.

Hazırda 45 xəstə tibb müəssisələrində stabil vəziyyətdə, üç nəfər ağır vəziyyətdə müalicə alır. Daha 19 nəfər xəstəxanalardan evə buraxılıb, üç nəfər vəfat edib.

Epidemioloqlar hesab edirlər ki, infeksiyanın yayılma mənbəyi şirin su balıqlarıdır. Sakinlər və turistlərdən xahiş olunur ki, onları saşimi və digər çiy və ya yarımçiy şəklində verilən yeməklərdə istifadə etməsinlər. Bundan əlavə, həkimlər bazarlara gedərkən ehtiyatlı olmağı və balığı yalnız qoruyucu əlcəklərlə təmizləməyi tövsiyə edirlər.
 
 
 
 

Seçilən
1
1
7news.az

2Mənbələr