Manset.az xəbər verir ki, memorandumun fəaliyyət istiqamətlərinə ağacəkmə aksiyalarının keçirilməsi zamanı əməkdaşlıq, sənaye tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi kimi tədbirlərdə “Yaşıl dünya səfirləri” proqramı çərçivəsində əməkdaşlıq, COP29 tədbiri çərçivəsində elmi, elmi-praktiki konfranslarda və digər tədbirlərə alimlərin cəlb edilməsi, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin imkanlar daxilində birgə dəstəklənməsidaxildir. Həmçinin, əməkdaşlıq çərçivəsində görüləcək işlərə “Yaşıl dünya səfirləri” proqramının iştirakçısı olan tələbələr üçün seminar və treninqlərin təşkilində ekspert-mühazirəçi dəstəyi, yerli və əcnəbi tələbələrin iştirakı ilə planlaşdırılan Beynəlxalq yay məktəbi zamanı ekspert və mütəxəssislərin cəlb olunmasında dəstək və digər bu kimi məsələlər daxildir.