Metbuat.az Report-a istinadən bildirir ki, kənd ağsaqqallarını dediyinə görə, buradakı evlərin çoxu qəbiristanlığın üzərində tikilib, hər ailənin isə ayrıca qəbiristanlığı var. Odur ki, kəndin təxminən 26 hektara yaxın ərazisi qəbiristanlıqdan ibarətdir.Deyilənə görə, vaxtı ilə Temuçin xanın oğlu Batının nəsli bu kənddə məskunlaşıb.Kəndin həm də özünəməxsus dili var. 38 hərfdən ibarət olan buduq dilini demək olar, kənddə hər kəs bilir. Sakinlər dilləri unudulamasın deyə bu dili övladlarına da öyrədirlər.Buduğun yaxınlığında isə Rük adlı başqa bir kənd yerləşir. Bu kəndlər Qubada “düşmən kəndlər” kimi tanınır. Hər iki məntəqənin sakinləri öz kəndlərinin daha yüksəkdə olduğunu iddia edirlər.
Buduq kəndindən olan daha ətraflı videoreportajı təqdim edirik: