Bakı. Trend:
3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənəniddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusinəzarətə götürülüb.
Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda bununla bağlıaraşdırma aparılır.
Bildirilib ki, müəssisə sakinlərinin mənafeyi əsas götürülərəklazımi işlər təmin olunacaq.
"Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki,hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial XidmətlərAgentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bumüəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçünlazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, oradaqalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində işaparılır.
Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özününistəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq,artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosialpsixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır", - deyəəlavə edilib.