AZ

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

APA xəbər verir ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 6 baş Malinua cinsli xüsusi təlim keçmiş minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

Humanitar minatəmizləmə fəaliyyətində səmərəli üsullardan biri hesab edilən minaaxtaran itlərin dəstəyindən texniki tədqiqat və minatəmizləmə əməliyyatlarında istifadə edilir.

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

DahaDaha
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
30
medianews.az

10Mənbələr