AZ

Yığmamız niyə uduzur? - “Hardasa ustalıq səviyyəsində geri qalırıq”

“Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq, amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu.

Bu da futzalda önəmli məqamdır.

Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Çexiyaya 2:6 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

Mütəxəssis azfutzal.az-a açıqlamasında ikinci hissəyə pis başladıqlarını bildirib:

“Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi.

“5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı.

Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq”.

O, komanda üzvlərinin sona qədər mübarizə apardıqlarını vurğulayıb:

“Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq.

Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik.

Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
sportinfo.az

10Mənbələr