AZ

İbrahim Akil də öldürüldü

"Hizbullah" hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Akil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

"Zərbələr nəticəsində Akillə birlikdə "Radvan" dəstəsinin yüksək komandanlığının nümayəndələri də öldürülüb", - bəyanatda deyilir.

 

Məlumatlara görə, Akil Livanda rabitə cihazlarının partlaması nəticəsində xəsarət alıb və xəstəxanadan evə yeni buraxılıb.

 

"Hizbullah" hələ ki, onun ölümünü təsdiqləməyib.

Tarix: 21 Sentyabr 2024, 14:21   
Seçilən
30
4
pravda.az

5Mənbələr