Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olmasıadı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdənev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellektvasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarınınbaşına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçünpul tələb edilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciətedib.
Nazirliyin çağırışında daha sonra vurğulanır:
“Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktlarıüzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçəuğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraqcinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Bütün bunları nəzərə alaraq bir daha çağırış edirik ki, həminhallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglərüzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərəqəti şəkildə pul vəsaitləri verməsinlər”.