"Özünü "Post TV"nin direktoru olaraq təqdim edən Samir Feyruzov adlı şəxs, özünün "Facebook" hesabında ATV ilə bağlı həqiqəti əks etdirməyən post paylaşıb".
Publika.az xəbər verir ki, bu barədə ATV telekanalı açıqlama yayıb.
Bildirilib ki, bu şəxsin sözlərinə görə, bir müddət əvvəl ATV telekanalına təklif olunan seriallardan birinin qəbul edilməməsinin səbəbi həmin layihədə "trans, gey obrazının olmaması" göstərilib və həmin "obraz seriala daxil edildikdən sonra layihə ekranlaşdırılıb".
"Samir Feyruzovun, heç bir fakt ortaya qoymadan, ATV-nin imicinə xələl gətirmək istəyi, telekanalın ünvanına şər-böhtan atması yolverilməzdir.