AZ

Nazirlər Kabinetindən yeni QƏRARLAR

İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə daha 2 il birbaşa danışıqlar yolu ilə veriləcək.

Demokrat.az bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda müvafiq dəyişiklik edib.

Bundan əvvəl qüvvədə olan qərara əsasən, 2025-ci il yanvarın 1-dək azad edilmiş ərazilər faydalı qazıntı yataqları daha birbaşa danışıqlar yolu ilə veriləcəkdi. Bu müddət 1 yanvar 2027-ci ilədək uzadılıb.

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə də 2027-ci il yanvarın 1-dək birbaşa danışıqlar yolu əsas götürüləcək.

***
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

Demokrat.az bildirir ki, bu, Nazirlər Kabinetinin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması 2 zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

***
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi” təsdiqlənib.

Demokrat.az
bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib

Seçilən
68
2
demokrat.az

10Mənbələr