Məşhur futbolçu Mahir Emrelinin adından dələduzluq edilib.
Moderator.az olay-a istinadən bildirir ki, bu haqda 27 yaşlı Mahir sosial şəbəkə hesabında məlumat verib.
Emreli post yayımlayaraq bildirib ki, sosial şəbəkədə naməlum şəxslər onun şəxsiyyət vəsiqəsini göndərərək insanlardan pul istəyirlər:
"Hörmətli izləyicilərim, eşitdiyimə görə mənim adımdan insanlara mesaj yazaraq, hətta şəxsiyyət vəsiqəmi göndərərək pul istəyirlər... Xahiş edirəm belə dələduzlura inanmayın. Birdə belə bir halla qarşılaşsanız aidiyyatı qurumlara müraciət edin".