Daxili İşlər Nazirliyi dələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-dən Viral.az-a verilən xəbərə görə, müraciətə deyilir:
“Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.
Son Yazılar:
- Polisdən vətəndaşlara daha bir ÇAĞIRIŞ
- AZAL haqqında film beynəlxalq yarışın finalına vəsiqə QAZANDI
- AZAL haqqında film Kann Korporativ Media və TV Mükafatlarının finalında YARIŞACAQ
Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib”.
Nazirliyin çağırışında qeyd olunub ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.