AZ

“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29 ərəfəsində “Baku SteelCompany” QSC (BSC) və “QGallery” birlikdə təşkil etdikləri“Baku Steel Art 2024” adlı beynəlxalq metalsimpoziumunun sentyabr ayının 18-də geniş açılış mərasimi baştutdu. Sentyabr ayının 20-si isə ölkənin aparıcı media kanallarınında iştirakı ilə simpozium iştirakçılarının çalışdığı əraziyə mediatur baş tutdu. Media tur zamanı 7 ölkədən gələn 12 simpoziumiştirakçısı öz heyrətamiz əsərlərini nümayiş etdirməklə yanaşı,təcrübələrini bölüşdü, fikir mübadiləsi apardı, bir-birlərini yenibədii axtarışlara ruhlandırdıqlarını media nümayəndələri iləpaylaşdı.

Simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanınekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxışedə biləcəyini nümayiş etdirməkdir. Bu beynəlxalq layihə qlobalekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlıəlaqəsinə yeni baxış təklif edir. İki həftə davam edəcək sözügedənunikal tədbir, dünyanın hər yerindən yaradıcılığında bu materialınlütfünü və gücünü təcəssüm etdirən sənətkarların və rəssamlarınəlamətdar toplantısı olacaqdır.

“Baku Steel Art 2024” mədəniyyətlər və üslublar arasında dialoqüçün platforma olacaq, metalla işləmə sənətində yaradıcılıq vəmüasir yanaşmalar üçün üfüqlər açacaq. Bu, hər bir metalelementinin və parıltısının insan təxəyyülünün sonsuz imkanlarındandanışacağı ekspressiv incəsənətin parlaq dünyasına qərq olmaqşansıdır.

Metallurgiya məhsullarının yaradılması prosesini müşahidəedərək, qaynaq zamanı yanıb-sönən hər bir qığılcımda gizlənən sirrihiss edirik. Metal ustaları kimyagərlər kimidir, onlar soyuqxammalı canlandırır, bununla da, təəccübləndirə və hətta ruhatoxuna bilən obyektlərə çevirirlər. Məhz bu sənətkarlıq vətexnologiyanın tandemi birlikdə sənət üçün yeni məkan yaradır,burada polad elementlər təkcə konstruktiv əsas deyil, həm dəemosional mesajın daşıyıcısına çevrilir.

“Baku Steel Art” rəssamları təkcə metaldan istifadəetməyəcəklər, ondan hekayələr düzəldəcəklər. Hər bir quraşdırmadiqqətli işin nəticəsidir - poladın gücü ilə insan hisslərininkövrəkliyi arasında analoqdur. Klassik əsərlərdə olduğu kimi,burada gözəllik anlayışının zamana tab gətirə bilən, insan qavrayışvə heyranlığının dəyişkənliyi ilə yoğrulmuş daimiliyi üzəçıxacaq.

“Baku Steel Art 2024” - müxtəlif ölkələrdən olan bədii döyməustalarının yaradıcılıq prosesini müşahidə edə biləcəyiniz unikalbeynəlxalq tədbirdir. İstər fərdi, istər komanda, istərsə də birqrup rəssam olmasından asılı olmayaraq, “Baku Steel Art” beynəlxalqsimpoziumlar silsiləsinin təşkil edilməsinin məqsədi metalməmulatların və onların sənətdə istifadəsinin BMT-ninDayanıqlı İnkişaf Məqsədlərinin (Məqsəd 9: Sənaye, İnnovasiya vəİnfrastruktur) irəliləməsinə kömək etməkdir. “Baku SteelArt” kimi canlı mədəniyyət platformasının mövcudluğu beynəlxalqəlaqələri gücləndirəcək və yeni nəsil rəssamları incəsənət vəsənaye arasında harmoniyanı təcəssüm etdirən əsərlər yaratmağaruhlandıracaq.

“Baku Steel Art 2024” sərgisinin təşkilatçıları Azərbaycandapolad istehsalı üzrə Avropa və Amerika keyfiyyət sertifikatlarınıalan ilk metallurgiya şirkəti və qısa müddət ərzində Qafqazın ənböyük metallurgiya müəssisəsinə çevrilən “Baku SteelCompany” QSC, eləcə də paytaxtın aparıcı sərgiməkanlarından biri, xarici həmkarları ilə daimi əlaqələr quranBakıdakı ilk özəl qalereya - “QGallery” bədiiqalereyasıdır.

“Baku Steel Art 2024” sərgisində 7 ölkədən (Azərbaycan,Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan)rəssamlar iştirak edəcək.

Təşkilatçılar:

2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company”QSC (BSC) Qafqaz regionunda ən böyük metallurgiyaşirkətidir. Azərbaycan iqtisadiyyatının inkişafına misilsiztöhfələr verən BSC daim inkişaf edir və texnoloji innovasiyalaraxüsusi diqqət yetirir. Ən müasir avadanlıqlardan istifadə edərək,BSC beynəlxalq standartlara tam cavab verən, daxildə böyük tələbatolan, həmçinin Avropa, Amerika və Asiyanın 20-dən çox ölkəsinəixrac olunan geniş çeşiddə məhsullar istehsal edir.

1999-cu ildə əsası qoyulan “QGallery”Azərbaycanın zəngin bədii irsinin təbliği və yayılması üçünbeynəlxalq incəsənət yarmarkalarında və müsabiqələrdə fəal iştirakedən, sərgilər, kolleksiyalar və kommersiya fəaliyyəti üçün dinamikmərkəzdir.

“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
“Baku
Məqalədə:
Seçilən
95
24
az.trend.az

10Mənbələr