AZ

ABŞ-da İlon Maska sanksiyalar tətbiq oluna bilər

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası “X” (keçmiş “Twitter”) sosial şəbəkəsi ilə bağlı istintaq çərçivəsində məhkəməyə ifadə verməyə gəlmədiyi üçün İlon Maskı sanksiyalarla hədələyib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, CNN telekanalı bu barədə məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Məlumata görə, sahibkar və komissiya nümayəndələri onun sentyabrın 10-da Los-Ancelesdə ifadə verməsi ilə bağlı razılığa gəlmişdi. Lakin məhkəmə iclasının başlamasına üç saat qalmış Maskın vəkili müştərisinin “SpaceX” kompaniyasının raket buraxılışına getməyə məcbur olduğunu bildirib.

Komissiya sahibkarın oktyabr ayında da ifadə verməyəcəyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi ilə bağlı vəsatət qaldıracaq.

Qeyd edək ki, 2022-ci il oktyabrın 27-də İlon Mask “Twitter” sosial şəbəkəsini almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Bundan bir il sonra ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası sahibkarı məhkəməyə verib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
news24.az

3Mənbələr