“Barsa”nın futbolçusu Lamin Yamalın sabiq sevgilisi Aleksia Padilla davranışı ilə ispan futbolsevərlərini təəccübləndirməkdə davam edir və ajiotaj yaradır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Çempionlar Liqasında “Barselona”nın “Monako” ilə oyunundan sonra gənc qız sosial şəbəkələrdə əynində Ansu Fatinin forması olan şəklini yayımlayıb.
Yamal İspaniyanın qələbəsindən sonra Avro 2024-ün mükafatlandırma mərasimi zamanı Aleksia ilə foto çəkdirmişdi.
Lakin bir neçə ay sonra cütlüyün ayrıldığı məlum olub. Sosial şəbəkələrdə yayılan videolardan birində Aleksia başqa oğlanın qucağında görüntülənib.