AZ

Bu olmasa, Ukraynanın sonu gələcək - Berbok 

Berlin münaqişə davam etdiyi müddətdə Kiyevə hərbi yardımı davam etdirəcək.

Referans.az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Əks təqdirdə Ukraynanın sonu olacaq. Biz buna icazə verməyəcəyik", - nazir bildirib.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.

Seçilən
90
15
referans.az

10Mənbələr