AZ

İran son silahlarını hərbi paradda nümayiş etdirdi

İranın silahlı qüvvələri Bəndər Abbasda "Müqəddəs Müdafiə" həftəsi (İran-İraq müharibəsinin ildönümü) münasibətilə keçirilən paradda "Şahed 136B" pilotsuz uçan aparatı və "Cahad" ballistik raketi kimi ən son nailiyyətləri nümayiş etdirib.

Publika.az xəbər verir ki, İran ordusu həmçinin “Fəcr” raketləri, bir neçə növ tank, müxtəlif növ 360 raket sistemi, zirehli texnika və zirehli transportyorlar kimi digər hərbi texnika növlərini də təqdim edib.

Nəşr bildirir ki, paradlarda İran ordusu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri, polis və sərhədçilər iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
publika.az

1Mənbələr