Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sentyabrın 21-də Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayevin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir çərçivəsində ümumilikdə, 2 hektar ərazidə 1000-dən çox ağac əkilib.