AZ

Zelenski ABŞ-dakı həmin sursat zavoduna baş çəkəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü ABŞ-ın Pensilvaniya ştatında ölkəsinin Rusiya quru qoşunlarına qarşı mübarizəsi üçün ən zəruri sursat istehsal edən sursat zavoduna baş çəkəcək.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

"Onun müharibədə Ukraynaya dəstəyi artırmaq üçün Scrantondakı Ordu Sursat Zavoduna gedəcəyi gözlənilir", - agentlik məsələ ilə tanış olan şəxslərə istinadla xəbər verib.

O, həmçinin Nyu Yorkda BMT Baş Assambleyasının illik sessiyasında çıxış edəcək və cümə axşamı prezident Bayden və vitse-prezident Kamala Harrislə danışıqlar aparmaq üçün Vaşinqtona gedəcək.

Scranton zavodu ölkədə 155 mm-lik artilleriya mərmiləri istehsal edən azsaylı müəssisələrdən biridir. Onlar yedəkli olan haubitsalarda, müxtəlif bucaqlardan atəş açıla bilən uzun lüləli iri toplarda istifadə olunur. Haubitsalar 24-32 kilometr məsafədəki hədəfləri vura bilir və quru qoşunları tərəfindən yüksək qiymətləndirilir.

Seçilən
53
2
publika.az

4Mənbələr