AZ

Türk dünyasının ilk HAKIM qadını: Repressiya maşını Mühlisə Bubini necə məhv etdi


SSRİ-nin qanlı repressiya illərində əbədi yaddaşlara həkk olunmuş bir çox parlaq şəxsiyyətlər məhv edildi, həyatlarına son qoyuldu.


XI Qızıl ordunun yalançı vədlərlə hakimiyyət qurduğu bütün ərazilər qan gölünə çevrilmişdi. Bütün ziyalılar, düşünən beyinlər min bir bəhanə və ya damğa ilə ölümə məhkum edilirdi. Məşəqqətli zindanlar, sürgünlər, günlərlə davam edən işgəncəli istintaqlar məhkumlar üçün ölümdən daha ağır hesab olunurdu.

Türk dünyasının ilk hakim qadını Mühlisə Bubi də qanlı 1937-ci ildən yayına bilməmişdi. Şərlənərək həbs olunan hakim qadın elə zindanda da həyatını itirmişdi.

Muhlisə Bubi 1869-cu ildə fevral ayının 21-də Sarapulun İj-Bubi kəndində tatar- türk ailəsində anadan olub. Muhlisə xanım ailənin 6 cı övladı olub. Anadan olduğu dövrdə Rusiya müharibədən yeni çıxmışdı və əhalinin rifahı aşağı idi. Buna baxmayaraq, Muhlisə xanımın bütün ailə üzvləri-valideynləri və özündən böyük qardaşları təhsil almışdılar. Elə tatar xanım da ilk təhsilini öncə anasından, sonra atasından alıb. Gələyəcin ilk hakim türk xanımı 18 yaşında uğursuz ailə qurub və bir qız övladı doğulduqdan sonra rəsmən ailəsindən boşanıb. Bundan sonra Muhlisə xanımın bütün amalı yalnız qadınların təhsili olub.

Həmin dövrdə Bubi kəndində Muhlisə xanımın özündən böyük və kiçik qardaşlarının təhsil verdiyi mədrəsə fəaliyyət göstərirdi. 1898-ci ildə tatar xanım mədrəsədə qızlar üçün bölmə açaraq, şəxsən özünün bildiyi bütün elmləri kəndinin qızlarına öyrətməyə başlayıb. Muhlisə xanım eyni zamanda yaratdığı ilk qadın mədrəsəsinin müdiri idi.

1908-ci ildə Muhlisə Bubi Sarapul Şurasından ilk tatar məktəbinin müəllimi statusunu alıb.

“Qadınlarının cahil qaldığı millət yalnız yarısı iflic olan bir insanla müqayisə oluna bilər!”- şüarı ilə önə atılan xanım mədrəsə müdiri ilk müəllimlər seminariyasının da yaradıcısı olub. Məktəbinin verdiyi diplomlar tatar müəllimlərinin bütün dövlət orqanlarında tanınan ilk rəsmi sənədi olub.

1913-cu ildə Muhlisə Bubi aldığı dəvətlə Troitiski şəhərinə köçüb və orada ibtidai sinifdə təhsil alan qızlara dərs verməyə başlayıb.

1914-cü ildə Auşev tacirlərini təhsilin vacibliyinə inandıraraq, onların köməyilə mədrəsə açmağa nail olub. Beləliklə, Bubi kəndindəki mədrəsənin tam eynisindən Auşevdə də fəaliyyətə başlayıb.
1917-ci ildə Rusiyada fevral inqilabı baş verib və monarxiya devrilib. Ölkənin siyasi quruluşu demək olar ki tamamilə dəyişilib.

İnqilabdan sonra qanunverici orqanlara seçkilər keçirilib. Muhlisə Bubi ilk dəfə 1917-ci ildə Rusiya Musəlmanlar Konqresinə tarixin ilk türk qadın hakimi olaraq seçilir. Növbəti illərdə keçirilən seçkilərdə öz hakim statusunu qoruyub saxlaya bilib.

1926-cı il oktyabrın 25-dən noyabrın 4-dək Ufada keçirilən və Muhlisə Bubinin də seçildiyi Üçüncü İslam Eynkornunda isə Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Ukrayna və Çuvaşiya respublikalarından, eləcə də RSFSR-in bütün vilayət və quberniyalarından 430 deputat iştirak edib. Bundan başqa, Krım və Özbəkistanın Dini İdarələrinin müftiləri də fəxri üzv kimi iştirak ediblər. İclasda gizli səsvermə yolu ilə Mərkəzi Dini İdarənin müftiliyinə və altı qazisinə seçkilər keçirildi.

Çətin dörlərdə türk tatar bir qadının belə uğurları asanlıqla başa gəlmirdi. Daim çətinliklərlə, süni maneələrlə rastlaşırdı.

Rızaəddin bəy Fəxrəddinin yenidən mübahisəsiz olaraq seçildiyi iclasda Abdullah Süleymaninin Muhlise Bubinin yerinə hesabat təqdim etməsi bəzi etirazlara səbəb olub. Bu etirazlarla bağlı məlumatlar KQB hesabatlarında diqqətimizi çəkir.
  Ufa nümayəndəsi Şərifcan Əhmətxanov və Semipalat nümayəndəsi Huccətülhakim Mahmutovun başçılıq etdiyi qrup Mühlise Bubini hakimlikdən uzaqlaşdırmaq və yerinə Cihangir Abızgildin həyat yoldaşı Ayşə Xanımı seçmək istəyib. Hətta Cihangir Abızgildin özünün də hakim olmaq fikrində olduğu deyilirdi. Buna səbəb kimi Muhlise Bubinin öz departamentinin işini hazırlamaması və onun yerinə başqalarının hesabat hazırlaması olduğu iddia edilib. Müxalifət nümayəndələri belə bir vəziyyətdə M.Bubinin nə üçün lazım olduğunu açıq şəkildə ifadə ediblər. Lakin bu, Siyezd nümayəndələrini qəzəbləndirməkdən başqa bir işə  yaramaylb.

Təhsil sahəsindəki fəaliyyətini davam etdirən ilk hakim qadın 1919-cu ildə Orenburq Müftiyində imtahan olunaraq müftiliyin müəllimlik diplomunu və qızlar mədrəsəsində təhsil vermək hüququ alıb.

Bolşevik çevrilişindən sonrakı dövrdə (1924-1927) Ufada yayımlanan İslam Məcəlləsi mətbu orqanında yazılarını yayımlayıb.

Muhlisə Bubinin heç bir risaləsi məlum deyil. Lakin onun yazdığı və dərc etdirdiyi müxtəlif məqalələr var. Yazılarının çoxu 1924-1927-ci illər arasında Ufada Dini İşlər Nazirliyinin (Müftiliyin) nəşr etdiyi “İslam Məcəlləsi”də çap olunub. Onun məqalələrinə aşağıdakılar daxildir:

1. "Bubidə Qızlar üçün Təlim Məktəbi", Ülfət, 1906/38 (6 sentyabr)

2. “İdarəyə məktub”, Əhbar, 1908/45 (28 mart)

3. “İslam Dünyasında Qadınlar”, İslam Məcəlləsi, 1924/1, s. 28-30.

4. “Xatunların Günəşi və iş bələdçisi”, İslam Məcəlləsi, 1924/2, s. 72-73

5. “Dini İşlər Nazirliyinə tabe olan hörmətli imamlara və din alimlərinə”, İslam Məcəlləsi, 1925/5-6, səh. 227-228.

6. “Xatun Qızlara Aid”, İslam Məcəlləsi, 1925/11-12, s. 438-442.

Muhlisə Bubinin təəssüf ki yayımlanan məqalələrdən başqa heç bir traktatı gəlib günümüzə çatmayıb.

1937-ci ildə “millətçilik” və “dövlət əleyhinə” ittihamları ilə həbs olunub, həyatını itirəndən sonra traktatlarının məhv edildiyi düşünülür.

Onun sonradan bəraət alıb-almaması da məlum deyil. Məlum olan odur ki, Muhlisə Bubi turk dünyasının ilk qadın hakimi  və repressiya qurbanı olub.

Şahanə Rəhimli
Musavat.com


Seçilən
96
1
nuh.az

10Mənbələr