AZ

Paşinyan restoranda Azərbaycan musiqisi sifariş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Instaqram hesabında həyat yoldaşı ilə Ermənistanda restoranların birində video çəkib.

Editor.az news24.az-a istinadla xəbər verir ki, video görüntülərdə maraqlı məqam diqqəti çəkib. Fon musiqisi azərbaycanlı şanson ifaçı Nazim Faytonçunun “faytonçu” musiqisinin erməni müğənni tərəfindən oğurlanmış forması fonda səslənir.

Ümumiyyətlə, Nikol Paşinyanın getdiyi məkanlar öncədən rezerv olunur, təhlükəsizlik təminatı, yemək menyusu və dinləyəcəyi musiqilər öncədən tərtib edilir.

Qeyd edək ki, bəstənin musiqisi və sözləri Azərbaycanın Xalq artisti, aktyor Rafael Dadaşova məxsusdur.

Seçilən
60
11
editor.az

10Mənbələr