Sovet teatr və kino aktrisası Antonina Aksenova Almaniyada vəfat edib
OXU24.COM xəbər verir ki, bu barədə "Vesti" onun dostlarına istinadla məlumat yayıb.
Qeyd edilib ki, 79 yaşlı Aksenova sentyabrın 21-də dünyasını dəyişib.
Məşhur aktrisa Maqadanda anadan olub. O, iki yaşına qədər uşaq evində yaşayıb, sonra onu “Sik marşrut” romanının müəllifi yazıçı Yevgeniya Ginzburq övladlığa götürüb.
1970-ci ildə Aksenova Lunaçarski adına GİTİS-i bitirib. Leninqrad Komediya Teatrında, Krasnoyarsk Lenin Komsomol Teatrında və Minsk Rus Teatrında xidmət edib.