Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür.Missiya.Az xatırladır ki, Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub.O, ilk təhsilini elə həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. O, 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.Dahi sənətkar Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb. Bundan başqa, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. Daha sonra 1971-81-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.O, 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub.Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları olub.Xidmətlərinə görə Məmməd Araza 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairi 1995-ci ildə ümummilli lider Heydər Əliyev “İstiqlal” ordeninə layiq görüb.Eyni zamanda, Məmməd Araz 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən isə görkəmli şairimizin adına “Məmməd Araz” mükafatı təsis olunub.Leyla SƏMƏNDƏRMissiya.Az