Bu ilin yanvar-avqust aylarında Azərbaycanda Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 908,6 milyon manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,0 faiz çoxdur.
Hesabat dövründə sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 73,3 faiz, asfalt istehsalı 37,9 faiz, beton istehsalı 32,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 27,8 faiz, tikinti gipsinin istehsalı 13,8 faiz, sement istehsalı isə 12,8 faiz artıb.
Əvəz Həsənov