Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.Bolgə.TV xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.Komitə sədri seçilən deputatlar aşağıdakılardır:Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriArzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədriZahid Oruc - İnsan hüquqları komitəsinin sədriSadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədriAzər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədriTahir Rzayev - Aqrar siyasət komitəsinin sədriMusa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədriSiyavuş Novruzov - Regional məsələlər komitəsinin sədriAnar İsgəndərov - Elm və təhsil komitəsinin sədriPolad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədriSəməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriƏhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədriHicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədriŞahin İsmayılov - Gənclər və idman komitəsinin sədriFazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədriSonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta