AZ

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci

bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan

Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun

icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387

nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,

№ 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529;

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176

nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən

xidmətlərin siyahısı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1.1-ci yarımbənd üzrə:

1.1. 3-cü abzas aşağıdakı redaksiyada verilsin:

3. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş

səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da

daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş

uşağı olan qadınlara və kişilərə

1.2. 4-cü və 5-ci abzaslar ləğv edilsin.

2. 5.2.2-ci yarımbəndin 8-ci abzası aşağıdakı redaksiyada verilsin:

8. yaşa görə, o cümlədən:

8.1. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş

səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da

daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş

uşağı olan qadınlara və kişilərə

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

phrase_var_article.chosen
46
35
qht.az

10phrase_var_article.sources