İsrail ordusu sentyabrın 23-də Livanda Hizbullahın 150-dən çox hədəfinə hücum edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail ordusu X səhifəsində məlumat yayıb.
“Səhərdən etibarən İsrail ordusunun Hərbi Hava Qüvvələri onlarla qırıcıdan istifadə edilərək 150-dən çox hədəfə hücum edilib”, - məlumatda bildirilib.
***
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb, 400-dən çox adam yaralanıb.
***
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artıb.
Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 182-ə, yaralananların sayı 727-ə yüksəlib./axar.az/