AZ

Məcnun Məmmədov Şamaxıda qəbul keçirdi - Fotolar

Məcnun Məmmədov Şamaxıda qəbul keçirdi - Fotolar




Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaş qəbulu keçirib. AzFakt.com xəbər verir ki, qəbulda Şamaxı, Qobustan, Qusar, Qəbələ, Biləsuvar, İsmayıllı, Göyçay, Salyan, Samux, Cəlilabad, Lənkəran, Zərdab və digər rayonlardan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşlar iştirak ediblər. Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.Nazir Məcnun Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.Şamaxı DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.Nazir Məcnun Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.




Xəbərin oxunma sayı :
49

phrase_var_article.chosen
25
14
azfakt.com

10phrase_var_article.sources