AZ

Şəmkirdə üç nəfəri iş zamanı “tok” vurub öldürdü

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.

Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində 3 nəfəri elektrik cərəyanı vurub.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişənlər Bağırov Əkbər, Məmmədov İsmət və Böyükkişiyev Adil adlı şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
10
azpolitika.info

10Mənbələr