AZ

Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Könüllü kənd sakinləri 1994-cü il təvəllüdlü Əkbər Bağırov, 1986-cı il təvəllüdlü Qismət Məmmədov və Ağstafa rayonun Dağkəsəmən kənd sakini Adil Böyükkişiyev dəmir nərdivanı aparan zaman 10 min voltluq hava xəttinə toxunub.

Nəticədə onları elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***
18:55

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Kənd ərazisində 3 nəfəri (Əkbər Bağırov, İsmət Məmmədov, Adil Böyükkişiyev) elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məlumata görə, həmin şəxslərin küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
92
3
apa.az

4Mənbələr