AZ

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər.


Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserables” musiqili tamaşasının “Stay Gold” yazısı şəklindədir.
 

Sfera.az bildirir ki, Ancelina yeni döyməni biləyinə vurdursa da, qızının bədənində eyni dizaynın harada olduğunu açıqlamayıb.
 

Ulduzun fikrincə, “Les Miserables” Vivyenin anası ilə birgə çalışdığı ilk tamaşa olduğuna görə onun üçün çox yaddaqalan əsərdir. Bu həm ana, həm də qız üçün çox şey deməkdir. Onlar məhz bu tamaşa ilə ilk əməkdaşlıq təcrübəsini əbədiləşdirmək qərarına gəliblər.
 

Qızın cəmi 16 yaşında olduğundan, ona döymə vurdurmaq üçün anasının icazəsi lazım gəlib.


Musiqili tamaşanın titrlərində Vivyen atası Bred Pittin soyadı olmadan Coli kimi qeyd olunur. O, böyük bacıları kimi, atasını həyatından çıxarmaqda qərarlı görünür.

 

Qeyd edək ki, cütlüyün ilk övladı Şilo, 18 yaşına çatdıqda, rəsmi olaraq "Pitt" prefiksini sənədlərindən çıxarıb. Bu, Hollivud aktyorunu çox kədərləndirib. Mənbələrə görə, Bred Pittin övladları və Colinin özü ilə gərgin münasibətləri indi onun üçün sadəcə həyat tərzidir. Mənbələr əlavə edirlər ki, qızları və oğulları istəsələr, Bred onlarla barışmaqdan həmişə məmnun olar.
 

Xatırladaq ki, keçən ay Coli keçmiş ərini onu susdurmağa çalışmaqda günahlandırmışdı. Qarşı iddia Bred Pitt tərəfindən gəlmişdi. Əvvəllər Bred Colini 8,5 milyon dollarlıq açıqlama verməmək müqaviləsini pozmaqda ittiham edib. Cütlük hazırda “Château Miraval” şərab zavodu ilə bağlı məhkəmə çəkişməsindədir. Pitt, Colini öz payını rus oliqarxa satmaqla, müqaviləni pozmaqda ittiham edərək məhkəməyə verib. Bağlanmış müqaviləyə görə, Ancelina biznesi tərk etmək qərarına gəldiyi təqdirdə payını almağı təklif etməli olduğu ilk şəxs Bred olmalı idi.


Aynil

Seçilən
98
32
sfera.az

10Mənbələr