Bakıda gənc qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən Bakıxanov qəsəbə sakini A.Nəsirov övladının itkin düşdüyünü bildirib. O qeyd edib ki, eyni ünvanda yaşadığı qızı A.Süleymanova sentyabrın 17-si saat 08 radələrində evi tərk edib və bir daha geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, 28 yaşlı A.Süleymanovanın itkin düşməsi faktı ilə bağlı təkrarən araşdırma aparılır:
"Kriminal tərkib yoxdur. Təfərrüatları ailədaxili məsələdir".