“Çelsi”nin baş məşqçisi Enzo Mareska ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin az oyun keçirməsinə münasibət bildirib.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mudrikin yaxın gələcəkdə daha yaxşı oynayacağına ümid etdiyini bildirib:“Mən düşünmürəm ki, onun öz qabiliyyətlərinə inamsızlığı var. Onu olduğu kimi qəbul etməlisən. Ümid edirəm ki, Mudrik yaxın gələcəkdə daha yaxşı oynayacaq”.“Çelsi” Mudriki “Şaxtyor”dan 70 milyon avroya alıb. Tərəflər 2031-ci ilin ortalarına qədər olan müqavilə imzalayıblar.23 yaşlı futboçu İngiltərə çempionatının cari mövsümündə 2 oyun keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta