AZ

ABŞ Çin və Rusiya istehsalı olan avtomobilləri qadağan edir

ABŞ təhlükəsizlik riskləri səbəbindən Çin və Rusiyada istehsal olunan bəzi aparat və proqram təminatının avtomobil, yük maşınları və avtobuslarda istifadəsini qadağan etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Gina Raimondo bu planların “hədəflənmiş, proaktiv” addımlar olduğunu və ABŞ-ı qorumaq məqsədi daşıdığını bildirib.

"Bu gün avtomobillər kameralar, mikrofonlar, GPS izləmə sistemləri və internetə qoşulan digər texnologiyalarla təchiz olunub. Bu məlumatlara çıxışı olan xarici düşmənin milli təhlükəsizliyimizə və bizim şəxsi həyatımıza ciddi təhlükə yarada biləcəyini başa düşmək çətin deyil.

Çindən qərara reaksiya

Çin rəsmiləri isə ABŞ-ın "milli təhlükəsizlik anlayışını genişləndirərək" ədalətsiz olaraq Çin şirkətlərini hədəf aldığını bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, "ABŞ-ın milli təhlükəsizlik konsepsiyasını genişləndirməsinə və Çin şirkətlərinə qarşı ayrı-seçkilik hərəkətlərinə qarşıyıq" dedi və ABŞ-ı "Çin müəssisələri üçün açıq, ədalətli və şəffaf bir iş mühiti təmin etməyə" çağırdı."

Bu təklif, Çinin avtomobil təchizat zəncirində iştirakını məhdudlaşdırmaq məqsədi daşıyan Ağ Evin son addımı kimi diqqəti çəkir.

ABŞ daha əvvəl Çinə qarşı elektrikli avtomobillər, akkumulyatorlar və digər məhsullara əlavə vergilər tətbiq etmiş və kibertəhlükəsizlik riski səbəbilə Çin istehsalı olan yük kranlarının idxalını qadağan etmişdi.

Qadağaların proqram təminatında 2027-ci model ili ilə, hardware sahəsində isə üç ildən sonra qüvvəyə minməsi planlaşdırılır. Bu dövr avtomobil sənayesinə təchizat zəncirlərini yenidən qurmağa imkan verəcək.

Avtomobil İnnovasiyaları Alyansının prezidenti Con Bozzella, hazırda Çindən ABŞ-a daxil olan proqram və avadanlıqların "çox az" olduğunu və bəzi şirkətlərin yeni təchizatçılar tapmalı ola biləcəyini bildirdi.

"Bu qaydalar bəzi avtomobil istehsalçılarına keçidi həyata keçirmək üçün kifayət qədər vaxt verəcək, lakin bəziləri üçün bu, kifayət qədər vaxt olmaya bilər", - Bozzella bildirib.

O əlavə edib ki, yekun qaydalar hazırlandıqca alyans öz fikirlərini bölüşməyə davam edəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
87
50
turkustan.az

10Mənbələr