AZ

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. 

Bu barədə Gundem.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, hadisə sentyabrın 24-də saat 03:44 radələrində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində baş verib.

Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb. Nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. 

“Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar, 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib. Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, psixotrop maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb”, - məlumatda bildirilib.( sfera.az)

Seçilən
25
49
gundem.az

10Mənbələr