AZ

Azərbaycan uçuşları dayandırdı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.
Qlobal.net xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.
Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.
Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.
"Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - məlumatda qeyd olunur.
Seçilən
73
49
qlobal.net

10Mənbələr