AZ

“Bir mahnını şoulaşdırıb, irgəncləşdirib və…” – Şəbnəm Tovuzlu

“Çox təəssüf edərək son günlər gündəmi zəbt edən məsələ ilə bağlı sonuncu açıqlamamı vermək istəyirəm. Sadəcə bir mahnı məsələsindən başlayan söhbət bu qədər irgənc səviyyəyə çatdığına görə tamaşaçılarımızdan, izləyicilərimizdən, məni sevən dinləyicilərimdən üzr istəyirəm. Bir şəhid bacısının haqqının tapdanmasına, adımın ümumiyyətlə xəbərsiz olduğum məsələlərdə hallanmasına səbirlə yanaşa bilmədim təssüf ki. Son olaraq açıqlama verirəm və həm məni, həm də izləyicilərimizi narahat edən məsələni artıq tamamilə bağlayıram. Bir mahnını şoulaşdırıb, irgəncləşdirib və bundan dırnaqarası reklam qazanmaq istəyənləri artıq durdurmaq qərarına gəldim. Çünki bu məsələ mənim özümü də narahat edir”

Bu sözləri müğənni Şəbnəm Tovuzlu yaydığı açıqlamada qeyd edib:

“1. Mahnının bütün müəllif hüquqları şəhid bacısına məxsusdur. Mahnının haqqını ödəyib almışam və ilk olaraq mən oxumuşam. Mən haqqımı tələb etməli olduğum halda, digər tərəf nəyin davasını edir anlamıram.2. İki gündür adı hallanan Nadirlə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə Nadirin haradan olmasının, niyə olmasının və ya həbs edilib edilmədiyinin qəti şəkildə mənimlə heç bir əlaqəsi yoxdur. Bura Azərbaycandır. Hansısa bir kriminal ölkə deyil. Burda heç cinayətdə şübhəli bilinən birini belə məcburi şəkildə aparmırlar, o ki, qaldı hansısa mahnıya görə bir yotuber olsun. Dövlətin qanunu, qaydası var. Bu ifadə mənə yox, bir başa Azərbaycan polisinə qarşı təxribatdır. Mən də kimisə evindən apardacaq qədər qanunları tapdamamışam.3. Heç kim, qəti şəkildə heç kim, mənim adıım və xüsusilə də adını daşıdığım Tovuzumla bağlı alçaldıcı ifadə işlədə bilməz. Bu mənə yox, birbaşa Azərbaycanın bölgəsinə, oranın camaatına qarşı təhqirdir. Savadsız, danışığını bilməyən biri bir mahnıya görə mənim rayonumu, bilavasitə də oranın camaatını təhqir edib. İşlətdiyi ifadəyə görə üzr istəməsini tələb edirəm.4. Bu məsələyə sonuncu açıqlamamı verirəm və bir daha açılmamaq üzərə bağlayıram. Tamaşaçılarımızdan bir daha üzr istəyirəm ki, kimlərinsə lazımsız reklam olunma istəyinə görə neçə gündür sizi də narahat etmiş olduq”.

 

 

View this post on Instagram

 

A post shared by Dergi.az (@dergi.az)

 

Seçilən
138
3
dergi.az

10Mənbələr