Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İqtisadiyyat.az-a verilən məlumatda bildirilib ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.
Araşdırma aparılır.